17:30 - 3.08.2026
3 avqust, Fineko/abc.az. Nazirlər Kabineti "Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi"ndə dəyişiklik edilməsi barədə qərar qəbul edib. Müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Dəyişikliyə əsasən, informasiya sistemi Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər regionlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ayrılan kreditlərə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı elektron prosedurları təmin edəcək.
Mexanizm "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin Nizamnaməsinə uyğun olaraq sahibkarlara müvəkkil təşkilatlar vasitəsilə təqdim olunan dəstək tədbirlərinin rəqəmsal müstəvidə, tam elektron qaydada icrasını reallaşdıracaq.
8 Avqust 2026
8 Avqust 2026