11:29 - 23.07.2026
23 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycana 1,3 milyon ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib.
ABC.AZ xəbər verir ki, Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 2,5 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstandan qoyun tədarük edən ölkələr arasında 3-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrə 11,7 milyon ABŞ dolları dəyərində qoyun satıb ki, bu da bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstandan Səudiyyə Ərəbistanına 5,6 milyon ABŞ dolları, Qətərə 1,8 milyon ABŞ dolları, Liviyaya 1 milyon ABŞ dolları, Küveytə 1 milyon ABŞ dolları dəyərində qoyun göndərilib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026