Qazaxıstan Çinin təşəbbüsü ilə yaradılan beynəlxalq mediasiya təşkilatına qoşulacaq

20:59 - 15.07.2026


15 iyul, Fineko/abc.az. Qazaxıstan Çinin təşəbbüsü ilə yaradılan Beynəlxalq Mediasiya Təşkilatına qoşulmaq üzrə Konvensiyanı imzalayacaq. Sənəd Pekində Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev və Çinin xarici işlər naziri Van İ tərəfindən imzalanıb.

Məlumata görə, tərəflər strateji tərəfdaşlığın inkişafını müzakirə edib və 2025-ci ilin yekunlarına görə 48,7 milyard dollara çatan ticarət dövriyyəsinin artımını qeyd ediblər.

Görüşdə həmçinin Süni İntellekt üzrə Ümumdünya Konfransına hazırlıq və Çinin süni intellekt sahəsində qlobal əməkdaşlıq təşkilatının yaradılması təşəbbüsünə dəstək məsələləri də müzakirə olunub.