16:42 - 30.06.2026
30 iyun, Fineko/abc.az. Microsoft-un səhmləri iyun ayında 17% ucuzlaşıb. Bu, şirkət üçün 2000-ci ildən – dotkom böhranı dövründən bəri qeydə alınan ən pis aylıq göstəricidir. Nəticədə şirkətin bazar kapitallaşması 570 milyard ABŞ dollarından çox azalıb.
ABC.AZ xəbər verir ki, səhmlərə təzyiq investorların süni intellektin Microsoft-un əsas məhsullarına mümkün təsiri və şirkətin bu sahəyə yönəltdiyi böyük investisiyalarla bağlı narahatlıqları ilə əlaqədardır.
Bununla belə, bazar iştirakçıları uzunmüddətli perspektivdə şirkətə müsbət yanaşmanı qoruyurlar. Analitiklər cari ildə Microsoft-un gəlirlərinin 17% artacağını, sonrakı dövrdə isə artım tempinin daha da sürətlənəcəyini gözləyirlər.