Bu marşurutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

16:03 - 30.06.2026


30 iyun, Fineko/abc.az. Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir.

ABC.AZ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, paytaxtın Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.

Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 39, 77 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mətbuat prospekti, Məmməd Rəhim, Qurban Xəlilov və Ələsgər Ələkbərov küçələrindən təşkil olunur.