10:50 - 3.08.2026
3 avqust, Fineko/abc.az. “AZCON Holding”ə daxil olan “Aztelekom” MMC I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəbəkəsini genişləndirməyə davam edir.
2026-cı ilin I yarımilində 3 367 yeni abunəçinin qoşulması ilə azad olunmuş ərazilərdə xidmətlərdən istifadə edənlərin ümumi sayı 10 495-ə (9 951 ev təsərrüfatı və 544 biznes subyekti) yüksəlib.
Hesabat dövründə 11 şəhər mərkəzi, 34 kənd və qəsəbədə yüksəksürətli internet və telefoniya xidmətlərinin göstərilməsi təmin olunub.