15:32 - 31.07.2026
31 iyul, Fineko/abc.az. Avrasiyanın əsas nəqliyyat arteriyalarından birinə çevrilməsi planlaşdırılan Çin – Qırğızıstan – Özbəkistan beynəlxalq dəmir yolu xəttinin tikinti işləri marşrutun bütün sahələrində aktiv şəkildə davam etdirilir.
Ümumi dəyəri 4,7 milyard ABŞ dolları təşkil edən layihə Şərq ilə Qərb arasında yükdaşımaların müddətini əhəmiyyətli dərəcədə qısaltmağa imkan verəcək.
Əsas texniki göstəricilər:
• Sürət həddi: Sərnişin qatarları üçün maksimum sürət 120 km/saat, yük qatarları üçün isə 90 km/saat müəyyən edilib.
• Marşrut: Yeni dəmir yolu xətti Kaşğar – Toruqart – Arpa – Makmal – Cəlalabad – Əndican istiqaməti üzrə uzanacaq.
• İnfrastruktur: Layihə çərçivəsində təkxətli dəmir yolunun çəkilməsi və gələcəkdə onun elektriklaşdırılması nəzərdə tutulur.
Dəmir yolu magistralının istifadəyə verilməsi Mərkəzi Asiyanın tranzit potensialını gücləndirəcək və Çin ilə region ölkələri arasında ən qısa quru yolunu təmin edərək "Böyük İpək Yolu"nun yeni dəmir yolu seqmentini formalaşdıracaq.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026