Xiaomi 1705 km-ə qədər yürüş ehtiyatına malik hibrid yolsuzluq avtomobili təqdim edib

20:56 - 31.07.2026


31 iyul, Fineko/abc.az. Xiaomi SkyNomad N70 və N90 adlı tamölçülü hibrid yolsuzluq avtomobillərini bazara çıxarıb. Bu modellər elektrik rejimində 505 km-ə qədər, kombinə edilmiş rejimdə isə 1705 km-ə qədər məsafə qət edə bilir.

Avtomobillər 76 kVt·s-a qədər batareya və 416 a.g. gücündə iki mühərrikli sistemlə təchiz olunub, daxili yanma mühərriki isə yalnız generator kimi istifadə edilir.

Maşınlar yüksək enerji səmərəliliyi (100 km-ə 15,85 kVt·s-dan başlayaraq) və sürətli enerji yığma imkanları ilə seçilir. Belə ki, 15 dəqiqəyə 285 km yürüş ehtiyatı əlavə etmək mümkündür. Baza versiyanın qiyməti $38,4 mindən, flaqman modelin qiyməti isə $44,6 mindən başlayır. Satışlar artıq Çində start götürüb.