16:55 - 4.08.2026
4 avqust, Fineko/abc.az. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) ümumi dəyəri 5 milyon manat olan istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi uğurla yekunlaşıb. BFB-nin Listinq Komitəsinin qərarı ilə qiymətli kağızlar Standart Bazar Listinq seqmentinə daxil edilib.
İyulun 10-dan 31-dək davam edən abunə yazılışı çərçivəsində 573 investordan ümumilikdə 14,9 milyon manatdan çox tələb daxil olub ki, bu da təklifi təxminən 3 dəfə üstələyib. Həyata keçirilən hərrac zamanı 569 investorun 862 sifarişi təmin edilib və 50 min ədəd istiqrazın tamamı yerləşdirilib.
İstiqrazların parametrləri aşağıdakı kimidir:
Emissiya həcmi: 5 000 000 manat
Nominal qiyməti: 100 manat
İllik gəlirlilik: 10%
Ödəmə tezliyi: Hər 30 gündən bir
Tədavül müddəti: 2 il
Anderrayter: “ABB-İnvest İnvestisiya Şirkəti” QSC
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026