20:08 - 24.06.2026
24 iyun, Fineko/abc.az. Almaniya 2090-cı illərin əvvəlinədək pensiya yaşını tədricən təxminən 70-ə çatdırmağı planlaşdırır. Məqsəd əhalinin qocalması fonunda sistemin dayanıqlığını qorumaqdır.
ABC.AZ xəbər verir ki, islahat pensiyaya çıxışın ömür uzunluğu ilə əlaqələndirilməsini, erkən pensiyadan imtinanı və dövlət qulluqçuları ilə özünüməşğullar da daxil olmaqla ödənişlərin genişləndirilməsini nəzərdə tutur. Həmçinin pensiya vəsaitlərinin fond bazarına yönəldilməsi təklif olunur.
Hazırda pensiya yaşı 67-dir, lakin demoqrafik təzyiq səbəbindən uzunmüddətli dəyişikliklər hazırlanır.
25 İyun 2026
25 İyun 2026
24 İyun 2026
25 İyun 2026