17:28 - 24.06.2026
24 iyun, Fineko/abc.az. Qazaxıstan, Azərbaycan və Gürcüstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı üçün vahid modelin yaradılması üzərində işləyirlər.
ABC.AZ xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev dünyanın ən böyük gəmiçilik şirkətlərindən biri olan "Mediterranean Shipping Company"nin (MSC) rəhbəri Eduard Ziqrist ilə görüşündə bəyan edib.
Tokayevin sözlərinə görə, üç ölkə mühüm infrastruktur layihələrini, o cümlədən Azərbaycanla birgə Xəzər dənizində dibdərinləşdirmə işlərini və yük donanmasının genişləndirilməsini davam etdirir.
Qazaxıstan lideri MSC şirkətinin Xəzər regionunun liman infrastrukturuna investisiya qoymaqda maraqlı olduğunu vurğulayıb və bildirib ki, bu cür qlobal investisiyaların cəlbi Asiya ilə Avropa arasında yükdaşımaların həcmini artıracaq və Orta Dəhlizin rəqabət qabiliyyətini kəskin yüksəldəcək.
25 İyun 2026
25 İyun 2026
24 İyun 2026
25 İyun 2026