15:20 - 24.06.2026
24 iyun, Fineko/abc.az. 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda ümumi avtonəqliyyat sığortası (könüllü və icbari sığorta birlikdə) bazarında nəzərəçarpan artım meyilləri qorunub.
ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, hesabat dövründə avtonəqliyyat sığortası haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artaraq 106,5 milyon manata yüksəlib. Ödənişlər seqmentində isə illik müqayisədə 19,1% artım qeydə alınıb və sığortaçılar tərəfindən ümumilikdə 78,6 milyon manat kompensasiya ödənilib.
Bazarın könüllü və icbari (İDS) növlər üzrə daxili strukturu:
• Sığorta haqlarının bölgüsü: Toplanan 106,5 milyon manatın 32,1 milyon manatı könüllü, 74,4 milyon manatı isə icbari avtonəqliyyat sığortasının (İCMTA) payına düşüb.
• Sığorta ödənişlərinin bölgüsü: Həyata keçirilən 78,6 milyon manatlıq ümumi ödənişin 15,4 milyon manatı könüllü, 63,2 milyon manatı isə icbari sığorta çərçivəsində sərnişinlərə və sürücülərə kompensasiya edilib.

24 İyun 2026
24 İyun 2026