17:32 - 4.12.2018
4 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2018-ci ilin noyabr ayında, oktyabr ayına nisbətən, 54,5 milyon dollar və yaxud təxminən 1% artıb.
AMB-in məlumatına əsasən, valyuta ehtiyatları dekabrın 1-də 5590,9 milyon dollar, noyabrın 1-də 5536,4 milyon dollar, oktyabrın 1-də 5534, milyon dollar, sentyabrın 1-də 5503,5 milyon dollar və avqustun 1-də 5546,9 milyon dollar təşkil edib.
“İyulun 1-də valyuta ehtiyatları 5512,7 milyon dollar, iyunun 1-də 5471,4 milyon dollar, mayın 1-də 5465,8 milyon dollar, aprelin 1-də 5508,0 milyon dollar, martın 1-də 5387,3 milyon dollar, fevralın 1-də 5381,2 milyon dollar və yanvarın 1-də 5334,6 milyon dollar təşkil edib”, - məlumatda belə deyilir.
Beləliklə, 2018-ci ilin yanvar-noyabr aylarında AMB-nin valyuta ehtiyatları 256,3 milyon dollar və ya 4,8 faiz artıb.
2017-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artıb.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026