Yandex Go taksi İstanbulda işə salınıb

18:47 - 23.06.2026


23 iyun, Fineko/abc.az. Yandex Go xidməti İstanbulda fəaliyyətə başlayıb və bu şəhər Yandex taksisinin çağırıla bildiyi Türkiyədə altıncı şəhər olub.

ABC.AZ xəbər verir ki, bundan əvvəl Yandex Go İzmir, Antalya, Ankara, Mersin və Adanada istifadəyə verilmişdi. Xidmətin təqdimatında Yandex Turkey şirkətinin baş direktoru Aleksandr Popovski bildirib ki, şirkət ölkə üzrə mobil xidmətlərin inkişafına 100 milyon dollar sərmayə yatırmağı planlaşdırır.

Hazırda İstanbulda Yandex Go vasitəsilə “Ekonom” və “Komfort” tarifləri üzrə taksi sifariş etmək mümkündür, kuryer çatdırılması və yük taksisi isə hələlik mövcud deyil. Minik üçün başlanğıc qiymət 65 lirə, şəhərdaxili gediş isə maksimum 44 lirə/km təşkil edir. Yaxın aylarda xidmət genişləndirildikcə əlavə xidmət kateqoriyalarının da tətbiqi planlaşdırılır.