Macarıstan Aİ-dən €16,4 milyard almaq üçün islahatları qəbul edib

16:19 - 23.06.2026


23 iyun, Fineko/abc.az. Macarıstan parlamenti Aİ fondlarından €16,4 milyard vəsaitin alınması üçün zəruri olan islahatlar paketini təsdiqləyib. Dəyişikliklər hüququn aliliyi, məhkəmə müstəqilliyi və korrupsiyaya qarşı mübarizə sahələrini əhatə edir.

ABC.AZ xəbər verir ki, sənəd hakim partiyanın deputatlarının əksəriyyəti tərəfindən dəstəklənib, müxalifət isə əleyhinə çıxıb. İslahatlar dövlət satınalmalarında şəffaflığın artırılmasını, məmurların aktivlərinə nəzarəti, antikorrupsiya orqanlarının səlahiyyətlərinin genişləndirilməsini və Avropa Prokurorluğuna qoşulmanı nəzərdə tutur.

Qanunun qəbulu Avropa Komissiyası ilə əldə olunan razılaşma ilə bağlıdır, lakin müxalifət Brüsselin tələblərini ölkənin suverenliyi üçün təhdid hesab edir.