15:50 - 23.06.2026
23 iyun, Fineko/abc.az. Avropa İttifaqından kənarda sığınacaq müraciəti rədd edilən şəxslər üçün ilk miqrant yerləşdirmə mərkəzləri 2026–2027-ci illərdə yaradıla bilər.
ABC.AZ xəbər verir ki, bu barədə Danimarka baş naziri Mette Frederiksen Financial Times (FT) qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Aİ ölkələri qrupu Avropa Komissiyasının dəstəyi ilə belə mərkəzlərin yaradılması üzərində işləyir: “könüllülər koalisiyası” formalaşır və 2026–2027-ci illərdə Avropadan kənarda ilk miqrantların geri qaytarılması mərkəzi yarana bilər.
O, bu mərkəzlərin beynəlxalq hüquqa və insan hüquqlarının qorunması standartlarına uyğun olmasının vacibliyini vurğulayıb.
Belə miqrasiya mərkəzlərinin yaradılması təşəbbüsü sərtləşən miqrasiya siyasəti fonunda Aİ-nin bir sıra ölkələri tərəfindən dəstəklənib: 19 Dövlət İtaliyanın Albaniyada yaratdığı mərkəzdən nümunə götürərək bu cür mexanizmlərin inkişafını müdafiə etmişdir.
23 İyun 2026
23 İyun 2026
23 İyun 2026
22 İyun 2026
22 İyun 2026