19:30 - 18.06.2026
18 iyun, Fineko/abc.az. “Türkmənneft” konserni Türkmənistanın Xəzər dənizi sektorunda lisenziya bloklarının işlənməsi üzrə “Petronas” (Malayziya) şirkətinin törəmə şirkəti – “Petronas Çarigali (Türkmenistan) Sdn. Bhd.” ilə saziş bağlaya bilər.
ABC.AZ xəbər verir ki, sövdələşməyə icazə verən qərarı Türkmənistan prezidenti Sərdar Berdimuhammedov imzalayıb.
Bu il 1996-cı il 2 iyul tarixində Türkmənistan hökuməti ilə “Petronas” arasında Xəzər dənizinin Türkmənistan sektorunda hasilatın pay bölgüsü sazişinin imzalanmasının 30 ili tamam olur.
Türkmənistan sektorundakı ehtiyatlar 12 milyard ton neft və 6,5 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.