18:33 - 18.06.2026
18 iyun, Fineko/abc.az. 2026-cı ilin mayında Rusiya vətəndaşları Türkiyədə əcnəbi alıcılar arasında yenidən birinci yeri tutaraq 268 mənzil və ev alıblar. Rusiya vətəndaşları 2022-ci ilin aprel ayından bu bazarda liderliyi qoruyur.
ABC.AZ xəbər verir ki, ikinci yerdə İran vətəndaşları (125 obyekt), üçüncü yerdə isə Ukrayna vətəndaşları (88 obyekt) qərarlaşıb. Ümumilikdə əcnəbilər Türkiyədə 1387 mənzil və ev alıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27% azdır. Xarici alıcıların ümumi payı 1,5% təşkil edib.
Ekspertlər bildirir ki, Rusiya vətəndaşlarının liderliyi növbəti 1,5–2 il ərzində də davam edə bilər. Bunun səbəbi Türkiyə bazarının investisiya cəlbediciliyi, icarə gəlirliliyi, kapitalın diversifikasiyası imkanları, eləcə də inkişaf etmiş infrastruktur, səhiyyə və təhsil xidmətləri və Rusiyaya coğrafi yaxınlıqdır.