ADB Azərbaycanda 10 layihə üzrə 2,5 milyard dollardan çox suveren maliyyə ayırıb

17:26 - 12.08.2026


12 avqust, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) Azərbaycan da daxil olmaqla 43 ölkəni əhatə edəcək Kapital Bazarının İnkişafı Proqramı çərçivəsində texniki yardımı təsdiqləyib.

Bankın Xüsusi Texniki Yardım Fondunun xətti ilə proqramın maliyyələşdirilməsi üçün 225 min ABŞ dolları məbləğində vəsait ayrılıb.

ADB-nin Azərbaycan üzrə portfeli və maliyyələşdirmə göstəriciləri:

  • Suveren maliyyələşdirmə (2015–2024): Hesabat dövründə bank 10 layihə çərçivəsində Azərbaycan üçün ümumilikdə 2,529 milyard ABŞ dolları məbləğində suveren maliyyə ayırıb.

  • Vəsaitlərin strukturu: Suveren vəsaitlərin 51%-i regional əməkdaşlıq və inteqrasiyanın inkişafına yönəldilib ki, bu da yuxarı orta gəlirli ölkələr arasında ən yüksək göstəricilərdəndir.

  • Digər istiqamətlər: Ayrılan vəsaitlərin 39%-i özəl sektorun dəstəklənməsinə, 18%-i iqlim maliyyələşdirilməsinə, 10%-i isə rəqəmsal texnologiyalar sahəsindəki layihələrə yönəldilib.

  • Qeyri-suveren maliyyələşdirmə: Müvafiq dövrdə ADB özəl sektor layihələri çərçivəsində ümumi dəyəri 963,9 milyon ABŞ dolları olan 9 layihəni təsdiq edib.