Aİ Ermənistan üçün təcili ticarət güzəştləri paketi hazırlayır

14:37 - 17.06.2026


17 iyun, Fineko/abc.az. Avropa Komissiyası Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlərlə əlaqədar Ermənistandan gələn ərzaq və kənd təsərrüfatı ixracı üçün tarifləri azaldacaq "avtonom ticarət tədbirləri" hazırlayır.

ABC.AZ "Financial Times"a istinadən xəbər verir ki, illik dəyəri 420 milyon avro olan təxminən 20 məhsul kateqoriyasını əhatə edəcək bu dəstək paketi üzv ölkələr və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. Bununla belə, Ermənistan konyakının Fransa bazarına daxil olması və dənizə çıxışı olmayan ölkədən logistika xərcləri əsas problemlər kimi qalır. Eyni zamanda, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas İrəvana xüsusi müşavirlər missiyasının göndəriləcəyini bəyan edib.