19:24 - 16.06.2026
16 iyun, Fineko/abc.az. Qazaxıstan və Almaniya enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını təsdiqləyib, o cümlədən Qazaxıstan neftinin Almaniyaya tədarükünün artırılması və enerji təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub.
ABC.AZ xəbər verir ki, tərəflər infrastrukturun modernləşdirilməsi, avadanlıq tədarükü, enerji səmərəliliyinin artırılması və ekoloji texnologiyalar sahəsində əməkdaşlığı müzakirə ediblər. Həmçinin kömür sənayesinin modernləşdirilməsi məsələsinə də diqqət yetirilib.
Əsas istiqamət isə “yaşıl” hidrogen istehsalı layihələrinin inkişafıdır. Qazaxıstan təbii potensialına görə Avropa üçün mühüm təchizatçı kimi nəzərdən keçirilir.
16 İyun 2026
16 İyun 2026
15 İyun 2026