Banklar Assosiasiyası: Problemli kreditlərə dair təxminən 400 min məhkəmə qərarı hələ icra olunmur

17:19 - 30.11.2018


30 noyabr, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyası (ABA) problemli kreditlərlə bağlı məhkəmə qərarlarının icrasının effektiv olmadığını iddia edir.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunis Abdulov bildirib ki, kreditlər üzrə təxminən 400 min məhkəmə qərarı hələ icra olunmayıb.

“Məhkəmə qərarlarının icrası prosesinin təkmilləşdirilməsi iqtisadiyyatın yenidən maliyyələşdirilməsinə müsbət təsir göstərə bilər və ABA bu məsələ üzrə Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir”, - deyə Y. Abdulov bildirib.