AMB dövriyyədən minə yaxın saxta əskinas çıxardı

22:30 - 12.06.2026


12 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il ölkənin maliyyə sistemində və tədavüldə aşkarlanaraq dövriyyədən çıxarılan saxta pul nişanlarının statistikasını açıqlayıb.

ABC.AZ rəsmi hesata istinadən xəbər verir ki, pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə çərçivəsində hüquq-mühafizə orqanları ilə birgə koordinasiyalı tədbirlər gücləndirilib.

Hesabat ili ərzində aşkarlanan saxta pulların statistikası:

  • Milli valyuta üzrə: Tədavüldən milli valyutada olan 440 ədəd saxta pul nişanı çıxarılıb. Bu əskinasların ümumi nominal dəyəri 39 000 manat təşkil edib.

  • Xarici valyuta üzrə: Maliyyə sistemində saxtakarlıq əlamətləri müəyyən edilmiş 550 ədəd xarici valyuta əskinası aşkarlanıb.

Mərkəzi Bank bəyan edib ki, aşkarlanmış bütün saxta pul nişanları müvafiq araşdırmaların aparılması və qanunauyğun tədbirlərin görülməsi üçün dərhal hüquq-mühafizə orqanlarına təqdim edilib. Baş bank əhalini və kommersiya qurumlarını nağd pul hesablaşmaları zamanı diqqətli olmağa çağırır