11:15 - 3.08.2026
3 avqust, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank" ASC-nin ümumi dəyəri 50 milyon manat olan istiqrazlarının yerləşdirilməsi 5 avqust 2026-cı il tarixində keçiriləcəkdir.
Faizli, təmin edilməmiş və sənədsiz formadakı bu istiqrazların abunə yazılışı 3 iyul – 1 avqust tarixləri arasında həyata keçirilib. Emissiya çərçivəsində hər birinin nominal qiyməti 100 manat olan 500 000 ədəd istiqraz tədavülə buraxılır.
İstiqrazların əsas şərtləri:
İllik gəlirlilik: 10%
Ödəniş periodu: Hər 30 təqvim günündən bir
Tədavül müddəti: 1 il
Anderrayter: "PAŞA Kapital İ.Ş." QSC
İSİN kodu: AZ2018005150
İstiqrazların emissiya prospekti ilə BFB-nin rəsmi internet səhifəsindəki "Emitentin profili" bölməsindən tanış olmaq mümkündür.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026