12:33 - 3.08.2026
3 avqust, Fineko/abc.az. "Azəristiliktəchizat" ASC-də Asiya İnkişaf Bankının (ADB) dəstəklədiyi "Azərbaycanda istilik sektorunun dekarbonizasiyası və bərpa olunan istilik mənbələrinin inteqrasiyası" üzrə Texniki Yardım layihəsi çərçivəsində məsləhətçi heyəti ilə növbəti görüş keçirilib.
Görüşdə Bank nümayəndələri səhmdar cəmiyyətin rəhbərliyi ilə aparılan müzakirələrin yekunları barədə məlumat veriblər.
Açıqlamaya əsasən, görüşlərin əsas məqsədi cəmiyyətin mövcud biznes proseslərinin diaqnostikasını aparmaq, idarəetmə və təşkilatlanma sahəsində optimallaşdırma imkanlarını müəyyən etmək, həmçinin korporativ inkişaf strategiyasının hazırlanması üçün məlumat bazası formalaşdırmaqdan ibarət olub.
4 Avqust 2026
4 Avqust 2026