17:40 - 3.08.2026
3 avqust, Fineko/abc.az. "Unibank" KB ASC-nin İdarə Heyətinə yeni sədr təyin olunub.
Bankın yaydığı məlumata görə, bu vəzifəyə Valentin Morozov gətirilib. V.Morozov uzun illər ərzində müxtəlif nüfuzlu banklarda rəhbər vəzifələrdə zəngin təcrübə qazanıb.
Bu təyinata qədər İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq Heybət Qədirov icra edirdi.
Qeyd olunur ki, bankın İdarə Heyətinin yeni tərkibi "Unibank" səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarı ilə yenidən formalaşdırılaraq təsdiqlənib.