Nyu-York Fed sədri: İnflyasiya ilin ikinci yarısında azalmağa davam edəcək

16:58 - 3.08.2026


3 avqust, Fineko/abc.az. Nyu-York Federal Ehtiyat Bankının (Fed) başçısı Con Uilyams  inflyasiyanın bu ilin ikinci yarısında və növbəti ildə də geriləməyə davam edəcəyini bəyan edib.

Uilyams mövcud uçot dərəcəsinin bu dezinflasiya prosesini dəstəkləmək üçün son dərəcə əlverişli mövqedə olduğunu bildirib. Fed ötən həftə uçot dərəcəsini 3,50%–3,75% diapazonunda sabit saxlayıb. Lakin Uilyams vurğulayıb ki, inflyasiya hədəflənən 2%-lik səviyyəyə doğru irəliləməzsə, Mərkəzi Bank faizləri artırmaqdan və ya əlavə adımlar atmaqdan çəkinməyəcək.

O, həmçinin Yaxın Şərqdəki gərginliyin inflyasiya təzyiqlərinə təsirinin məhdud qalacağını və bu münaqişələrin uzunmüddətli inflyasiya dalğası yaratmasını gözləmədiyini əlavə edib. Analitiklər əsas diqqəti gələcək nüvə inflyasiya göstəricilərinə yönəldirlər.