17:00 - 1.08.2026
1 avqust, Fineko/abc.az. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2026-cı ilin birinci rübünə dair maliyyə hesabları hesabatını dərc edib. Sektorların maliyyə balansına əsasən, ölkə daxilindəki rezidentlərin cəmi maliyyə aktivləri 232 trilyon TL (~5,2 trilyon dollar), öhdəlikləri isə 248 trilyon TL (~5,6 trilyon dollar) təşkil edib.
TCMB-nin məlumatına görə, Türkiyə iqtisadiyyatının xalis maliyyə mövqeyi kəsirinin ÜDM-ə nisbəti əvvəlki rüblə müqayisədə 0,7 faiz bəndi artaraq 23,2% səviyyəsinə çatıb.
Sektorlar üzrə əsas məqamlar:
Ümumi borclanma: Kredit və borc qiymətli kağızları şəklində olan ümumi borcun ÜDM-ə nisbəti cüzi artaraq 94% olub. Bu göstərici digər ölkələrlə müqayisədə aşağı səviyyədədir.
Ev təsərrüfatları: Aktivlərinin 54%-i nağd pul və depozitlərdən, öhdəliklərinin demək olar ki, tamamı isə bank kreditlərindən ibarətdir.
Qeyri-maliyyə sektoru: Aktiv və öhdəliklərində həlledici payı müvafiq olaraq 51% və 49% göstərici ilə səhmlər və özkapital təşkil edib.