Mərkəzi Bank "Algoritma" MMC-yə icrası məcburi göstəriş verib

15:01 - 3.08.2026


3 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş təşkilatı "Algoritma" MMC-yə icrası məcburi olan göstəriş verib.

AMB-nin məlumatına əsasən, qərar "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"nın 4.3-cü bəndi ilə müəyyən edilmiş məcmu kapitalın minimum miqdarına dair tələbin pozuntusunun aradan qaldırılması, həmçinin daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi məqsədilə qəbul edilib.

Bu addım "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun 63.1-ci maddəsi rəhbər tutularaq atılıb.