Bank sektorunda müsəlman auditoriya üçün yeni bir brend yaratmaq lazımdır - Cavid İsayev

10:07 - 10.06.2026


10 iyun, Fineko/abc.az. Azərbaycanda İslam bankçılığı aktiv şəkildə inkişaf edir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Qazaxıstanın "Bank Center Credit" Əmanətlər Mərkəzinin rəhbəri Cavid İsayev bildirib.

"Biz iki ildir ki, islam bankçılığı üzərində düşünürük, araşdırma və tədqiqatlara xüsusi diqqət ayırmışıq. Bizim qurum 37 ildir ki, fəaliyyət göstərir, beynəlxalq reytinqlərə malikik və ölkənin ən qədim banklarından biriyik. Hazırda 3 milyondan çox müştəriyə xidmət göstəririk.

Bankımız geniş ekosistemə malikdir: investisiya və sığorta şirkətlərimiz, eləcə də gələcəkdə həm bazar üçün, həm də daxili istifadə üçün texnoloji həllər hazırlayan 1 000-dən çox tərtibatçının çalışdığı "BCC Hub" və digər strukturlarımız var.

İslam bankçılığına başlamazdan əvvəl apardığımız bazar araşdırması göstərdi ki, müsəlman auditoriya artıq ənənəvi bank brendlərinə ehtiyatlı yanaşır. Bu səbəbdən anladıq ki, bu auditoriya üçün tamamilə yeni bir brend yaratmaq lazımdır. Beləliklə, bankımızın bazasında yeni bir brend formalaşdırdıq və ona "Reza" adını verdik. Bu, bankdan ayrılmış (de-affiliate) struktur deyil - bank daxilində İslam pəncərəsi kimi fəaliyyət göstərir, lakin eyni zamanda ayrıca, tam funksional mobil tətbiq kimi təqdim olunacaq", - deyə o qeyd edib.