10:48 - 4.06.2026
4 iyun, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp administrasiyası məcburi əməklə istehsal edildiyi iddia olunan məhsullarla bağlı aparılan araşdırmadan sonra əsas ticarət tərəfdaşlarından edilən idxala ən azı 10% rüsum tətbiq edilməsini təklif edib.
ABC.AZ xəbər verir ki, ABŞ Ticarət Nümayəndəliyi Ofisinin (USTR) təklifinə əsasən, fərqli ölkələr üçün müxtəlif tarif dərəcələri müəyyən edilib.
Yeni gömrük rüsumu dərəcələri aşağıdakı kimidir:
10% rüsum tətbiq ediləcək ölkələr: Kanada, Meksika, Avropa İttifaqı, Tayvan və Böyük Britaniya.
12,5% rüsum tətbiq ediləcək ölkələr: Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Braziliya və İsveçrə.
10% ilə 12,5% arasında dəyişən tariflərlə üzləşəcək ölkələrin siyahısında Türkiyə də yer alıb.
5 İyun 2026
4 İyun 2026
5 İyun 2026