Əhalinin banklardakı əmanətləri 17 mlrd manatı ötüb – Detallar

14:42 - 25.05.2026


25 may, Fineko/abc.az. Mərkəzi Bankın aprel ayı üzrə açıqladığı son statistikaya əsasən, Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin 69,8 faizi (12 milyard 58,3 milyon manat) milli valyutada, 30,2 faizi (5 milyard 213,8 milyon manat) isə xarici valyutada saxlanılır.

ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin ümumi əmanət portfelinin 63,6 faizini (10 milyard 979,9 milyon manat) müddətli əmanətlər təşkil edir. Cari ilin aprel ayında fiziki şəxslərin müddətli əmanətləri 2,1 faiz (221,9 milyon manat), tələbli əmanətləri isə 7,9 faiz (462 milyon manat) artıb.

Hesabat ayında bank sektoru üzrə unikal müddətli əmanətçilərin sayında da artım qeydə alınıb. Belə ki, əmanətçilərin sayı apreldə 1 faiz (2 163 əmanətçi), ilin əvvəlindən isə 8 faiz (15 498 əmanətçi) artaraq 209.6 min nəfərə çatıb.