12:00 - 14.05.2026
14 may, Fineko/abc.az. "Açıq bankçılıq" şəraitində vətəndaşların bütün dövriyyəsini görmək mümkündür.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.
AMB rəsmisi qeyd edib ki, müştərinin digər banklardakı əməkhaqqına aid olan və olmayan gəlirləri nəzərə alınır - görmək olur ki, hansısa vətəndaşın hesabına hər ay müəyyən qədər vəsait daxil olur:
"Bu da dövriyyə krediti adlanır – yəni bütün gəlirlər nəzərə alınaraq hansısa məbləğdə kredit ayırmaq mümkün olur. Birbaşa ödənişlər əsas məsələlərdən biridir, kart üzərindən olduğu üçün üçüncü tərəflər onu nəzərə alır, məlumatlar ora da gedir. "Açıq bankçılıq" çərçivəsində biz ödənişləri sırf lokal olaraq ölkə daxilində icra edə bilərik və bu ölkəmiz üçün böyük bir şeydir ki, məlumatlar kənara çıxmır".
8 Avqust 2026
8 Avqust 2026