15:57 - 6.05.2026
6 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov kartdan karta əməliyyatlarının inanılmaz dərəcədə böyük olduğunu dilə gətirib.
ABC.AZ xəbər verir ki, o bu barədə mətbuat konfransında danışıb və qeyd edib ki, dövlət qurumları fərdi şəxslərlə bağlı daha çox məlumat əldə etmək istəyirlər:
"Bu, bank sektoruna inamı azalda biləcəyi üçün mən tənzimləyici qurmunun rəhbəri kimi onu dəstəkləmirəm. Amma haqlı olaraq soruşa bilərik ki, debet kart sahibkarlıq fəaliyyəti üçün niyə istifadə olunur? Qanun bu gün deyir ki, banklar sahibkarlıq fəaliyyəti ilə məşğul olanların bank məlumatlarını ayda bir dəfə Dövlət Vergi Xidmətinə verməlidir. Amma kart VÖEN-lə bağlı deyilsə, proses tamamilə fərqli olur. Əgər bir şəxsə gündə 50 dəfə "Card-to-card" mədaxili olursa, bu, şübhə oyatmalıdır".
"Qanunvericilik bu gün fərdi məlumatları qoruyur. Amma kimsə şübhəli əməliyyatlar edirsə, bunlar, yoxlanılmalıdır. Vergidən yayınmadan başqa burada dələduzluq, çirkli pulların yuyulması da ola bilər. Nə olsun fərdi məlumatdır? Mən hesab edirəm ki, sizə mənbəyi müəyyən olmayan məbləğlər gəlir. Maliyyə Monitorinqi Xidməti də bunu təhlil edir".
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026