16:00 - 30.04.2026
30 aprel, Fineko/abc.az. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78,9%-i Bakıda, 9,7%-i Qusarda, 5,2%-i Naftalanda, 2%-i Qəbələdə, 1,2%-i Qubada, 3%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrinin sayı 344,6 min olub ki, bu da ümumi gecələmələrin 41,1%-ini təşkil edir.
3 ay ərzində mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri illik müqayisədə 2,9% artaraq 128,7 milyon manat olub ki, onun da 58,2%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3%-i ictimai iaşə xidmətlərindən, 3,8%-i müalicə və sağlamlıq xidmətlərindən, 10,7%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Hesabat dövründə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 18,1% olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% azdır. Bu göstərici Qusarda 40,4%, Naftalanda 39,9%, Şabranda 34,3%, Sabirabadda 29,4%, Bakıda 26,9%, Salyanda 22,0%, Bərdədə 19,6%, Ağdamda 17,8%, Xankəndində 17,5%, Beyləqanda 17,2%, Lənkəranda 16,4%, Şamaxıda 15,8%, Qəbələdə 15%, digər şəhər və rayonlarda isə 15%-dən aşağı olub.