Hövsan marşrutu üzrə layihələndirmə işlərinə başlanıb

17:30 - 17.04.2026


17 aprel, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC Hövsan marşrutu üzrə layihələndirmə işlərinə başlayıb.

ABC.AZ xəbər verir ki, bunu ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, Bakı-Hövsan marşrutu üzrə həm qatarların alışı, həm də mövcud stansiyaların bərpası, dəmir yolunun təmiri nəzərdə tutulub:

“Bu istiqamətdə artıq layihələndirmə işlərinə başlanılıb. Bu marşrut üzrə işlərin 2030-cu ilə kimi bitirilməsi nəzərdə tutulub. Belə ki, biz işlərin 2027-2028-ci illərdə başa çatacağını gözləyirik”.