Azərbaycanın elektron bazarında mart ayında mobil cihazların payı 60,21% olub

17:03 - 2.04.2026


2 aprel, Fineko/abc.az. Bu ilin mart ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 60,21% təşkil edib.

ABC.AZ "Statcounter" agentliyinə istinan xəbər verir ki, bu, əvvəlki aya nisbətən 20,22 faiz bəndi çox, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə 12,99 faiz bəndi azdır.

Kompüterlərin bazar payı aylıq 20,42 faiz bəndi azalaraq, illik müqayisədə isə 13,32 faiz bəndi artaraq 39,22 % olub. Beləliklə kompüterlərin bazar payı aylıq ifadədə 34% azalıb.

Martda planşetlərin bazar payı 0,57% təşkil edib. Bu göstərici aylıq 0,20 faiz bəndi artıb, bir il əvvələ müqayisədə isə 0,33 faiz bəndi azalıb.