10:38 - 31.03.2026
31 mart, Fineko/abc.az. İran öz neft partiyalarına tətbiq olunan endirimlərin həcmini azaldıb və bunun nəticəsində qiymətlər xeyli yüksəlib.
ABC.AZ xəbər verir ki, bunu İslam Respublikasının neft naziri Möhsen Paknejad bildirib.
“Yanacaq təminatı ilə bağlı narahat olmağa dəyməz, bu sahədə lazımi tədbirlər görülüb və insanlar arxayın ola bilərlər ki, problem yaranmayacaq. Neft satışında endirimlər xeyli azaldılıb. Həmçinin orta satış qiyməti də əhəmiyyətli dərəcədə artıb”, – deyə Paknejad Telegram kanalında qeyd edib.