12:35 - 18.03.2026
18 mart, Fineko/abc.az Azərbaycanın elektron avadanlıqlar bazarında tanınmış istehsalçılardan biri olan “Kür Elektron Avadanlıqları İstehsalı” MMC fəaliyyətinə xitam verildiyini və “HTECH İnvest” MMC-yə qoşulduğunu elan edib.
ABC.AZ xəbər verir ki, birləşmə nəticəsində “Kür Elektron Avadanlıqları İstehsalı” MMC ləğv olunur və bütün hüquq və öhdəlikləri varislik qaydasında “HTECH İnvest” MMC-yə keçir.
“HTECH İnvest” MMC isə bu qoşulma nəticəsində yenidən təşkil olunduğunu bildirib.
“Kür Elektron Avadanlıqları İstehsalı” MMC 10 sentyabr 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 71-də yerləşirdi. Cəmiyyətin nizamnamə kapitalı 1 milyon 300 min manat təşkil edib. Şirkətin qanuni təmsilçisi Rızvan Osmanov Allahverən oğlu olub.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026