11:33 - 3.03.2026
3 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının 4 fevral faiz iclasında bildirilib ki, valyuta bazarındakı stabillik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir.
ABC.AZ xəbər verir ki, 2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 423 mln. ABŞ dolları üstələyib.
2026-cı ilin yanvarında banklar əhaliyə nağd 135.6 milyon ABŞ dolları satdığı halda, onlardan cəmi 124.9 milyon dollar alıblar.
Valyuta bazarında tarazlığın formalaşmasında həlledici rol oynayan xarici sektor göstəriciləri əlverişli olaraq qaldığı bildirilir.
Gömrük statistikasına əsasən, 2025-ci ildə ölkənin xarici ticarətində 0.7 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.
İlkin qiymətləndirmələrə görə, qızıl idxalı çıxılmaqla xarici ticarətdə müsbət saldo 6.9 mlrd. ABŞ dollarını üstələyib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026