17:02 - 25.02.2026
25 fevral, Fineko/abc.az. Sumqayıt Kimya Sənayesi Parkının rezidenti “Agro-Tech Solutions” MMC-nin nizamnamə kapitalı 9 milyon 580.5 min manata qaldırılıb.
ABC.AZ xəbər verir ki, bununla da kapital 518 min manat və ya 5.4 faiz artırılıb.
Şirkətin nizamnamə kapitalı bundan öncə 9 milyon 62.5 min manat idi.
Xatırladaq ki, “Agro-Tech Solutions” MMC 2016-cı ildə təsis edilib. Fərqli bitki mühafizəsi məhsulları (pestisidlər) istehsal edir — o cümlədən insektisidlər, fungisidlər və herbisidlər daxil olmaqla ümumilikdə 145-dən çox kənd təsərrüfatı kimyəvi məhsulunun istehsalı ilə məşğuldur. Şirkət Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026