17:24 - 5.02.2026
5 fevral, Fineko/abc.az. Rusiyada 2000-ci illərin sonlarına təsadüf edən ticarət mərkəzlərinin sürətli inkişaf dövrü tədricən başa çatır.
ABC.AZ xəbər verir ki, bunu RF Ticarət Mərkəzləri İttifaqının (TMİ) prezidenti Bulat Şakirov bildirib.
Onun sözlərinə görə, ənənəvi ticarət mərkəzlərinin yerini yeni əyləncə-istirahət kompleksləri tutur. Analitikin qeyd etdiyi kimi, bu obyektlərin mühüm hissəsini restoranlar, kinoteatrlar və uşaqlar üçün mərkəzlər təşkil edir.
Proqnozlara əsasən, yaxın illərdə ölkədə ticarət mərkəzlərinin təxminən 10%-i bağlanacaq və ya yenidən profilləşdiriləcək. Nəticədə bazarda yalnız iri marketpleyslərin artan rəqabətinə tab gətirə bilən ən uğurlu ticarət mərkəzləri qalacaq, deyə Bulat Şakirov yekunlaşdırıb.