Qızıl və gümüşün çöküşü: Çinli spekulyantlar günahkardır

16:25 - 2.02.2026


2 fevral, Fineko/abc.az. Qızıl və gümüş qiymətlərindəki kəskin çöküş Çinli investorların aktiv spekulyativ alışları ilə bağlıdır.

ABC.AZ xəbər verir ki, Bloomberg belə hesab edir.

Son həftələr ərzində “isti pul” axını bazarı kəskin şəkildə qızdırdı: qiymətli metalların qiymətləri rekord həddə yüksələrək tələbat və təklifin fundamental göstəricilərini xeyli üstələdi. Cümə günü, 30 yanvar tarixində gümüş 20 saatdan da az müddətdə kəskin ucuzlaşdı, bazar ertəsi, 2 fevralda isə satışlar davam etdi — qızıl 6%, gümüş isə 12% dəyər itirdi. Dolların möhkəmlənməsi və mənfəətin reallaşdırılması çöküşü sürətləndirdi, lakin problemin əsas səbəbi Çin treyderlərinin spekulyativ aktivliyidir.