17:17 - 29.01.2026
29 yanvar, Fineko/abc.az. Rəna Ənvər Paşa qızı Məlikova 2026-cı ilin yanvar ayından Azərbaycan Mərkəzi Bankın müşaviri vəzifəsinə təyin edilib.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki, bununla da müşavirlər ümumilikdə yeddi şəxsdən ibarətdir. 1964-cü ildə Bakı şəhərində anadan olan R.Məlikova Azərbaycanlıdır. Ali təhsillidir.
1988-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə yenidənhazırlanma kursunu bitirib. Əmək fəaliyyətinə 1981-ci ildə başlamış və 1993-cü ilədək hüquq işi sahəsində müxtəlif vəzifələrdə çalışmışdır.
1993-cü ildən Mərkəzi Bankda aparıcı hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, Hüquq şöbəsinin rəisi, 2000-ci ilin mart ayından isə Hüquq departamentinin direktoru vəzifəsində işləyib. 2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, 2019-cu ilin sentyabr ayında 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. 2024–2025-ci illərdə Mərkəzi Bankın baş direktoru vəzifəsində işləyib. 2026-cı ilin yanvar ayından Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026