11:07 - 27.01.2026
27 yanvar, Fineko/abc.az. 1 yanvar 2026-cı il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları əhəmiyyətli artım nümayiş etdirib.
ABC.AZ xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) və Dövlət Neft Fondunun (ARDNF) üzrə Azərbaycanın strateji valyuta ehtiyatları 1 yanvar 2026-cı ildə 85 milyard 156.4 mln. ABŞ dolları təşkil edib.
Bu, 2025-ci ilin eyni dövründəki 70 milyard 990.9 mln. dollarla müqayisədə 14 milyard 165.5 mln. dollar və ya təxminən 20% artım deməkdir.
ARDNF valyuta ehtiyatlarında isə daha kəskin artım qeydə alınıb. 2026-cı ilin əvvəlinə Fondun aktivləri 73 milyard 641.5 mln. ABŞ dollarına çatıb. Halbuki 2025-ci ilin 1 yanvarında bu göstərici 60 milyard 031.4 mln. dollar səviyyəsində idi. Beləliklə, ARDNF-nin ehtiyatları bir il ərzində 13 milyard 610.1 mln. dollar və ya təqribən 22.7% artıb.
AMB-nin valyuta ehtiyatları 11 milyard 514.9 mln. ABŞ dollarına yüksəlib. Bu göstərici 1 yanvar 2025-ci ildəki 10 milyard 959.5 mln. dollarla müqayisədə 555.4 mln. dollar və ya təxminən 5.1% artım deməkdir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026