Azərbaycanda 122 dövlət obyekti hərraca çıxarılır

12:06 - 5.11.2018


5 noyabr, Fineko/abc.az. Azərbaycanda 4 dekabr tarixində dövlət əmlakının özəlləşdirilməsinə dair növbəti hərrac keçiriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, hərraca 122 obyekt çıxarılacaq.

“Bunlardan 76 kiçik dövlət müəssisəsi və obyektlər, 21 qeyri-yaşayış sahəsi, 17 səhmdar cəmiyyəti və 8 nəqliyyat vasitəsidir”, - məlumatda belə deyilir.