11:48 - 15.01.2026
15 yanvar, Fineko/abc.az. 2025-ci ilin dekabrın 30-u Prezident İlham Əliyevin imzaladığı “Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb.
Yaradılan Agentliyin hansı funksiyaları icra edəcəyini, dövlət müəssisələrinin maliyyə idarəçiliyinə necə təsir göstərəcəyini və nəzarət mexanizmlərinin mahiyyətini təqdim edirik.
ABC.AZ xəbər verir ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi dövlət mülkiyyətində olan müəssisələrin maliyyə fəaliyyətinə sistemli nəzarəti həyata keçirəcək yeni struktur kimi formalaşdırılıb. Agentlik birbaşa Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxildir və əsas funksiyası dövlət müəssisələrinin büdcə intizamını, maliyyə sağlamlığını və fiskal risklərini davamlı şəkildə izləməkdir.
Bu strukturun yaradılması faktiki olaraq uzun illər parçalı şəkildə aparılan nəzarət və təhlil mexanizmlərinin mərkəzləşdirilməsinə xidmət edir.
Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri dövlət müəssisələrinin illik və ortamüddətli büdcə layihələrinin, eləcə də gəlir və xərc smetalarının icrasının monitorinqidir. Bu o deməkdir ki, dövlət müəssisələrinin təkcə planlaşdırdığı maliyyə göstəriciləri deyil, həmin göstəricilərin icra səviyyəsi də rüblük əsasda təhlil olunacaq.
Beləliklə, büdcə sənədləri formal təsdiq mərhələsindən çıxaraq faktiki icra nəticələri ilə ölçüləcək.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026