Əmlak Məsələləri Dövlət Xidmətinin şirkəti ləğv olunur

14:13 - 7.01.2026


7 yanvar, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" MMC ləğv olunduğunu elan edib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində qeyd edilib.

Məlumata verilir ki, kreditorlar iki ay ərzində tələblərini ƏMDX-nın yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139 ünvanına bildirə bilərlər.

"Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 300 manatdır.