09:58 - 4.05.2026
4 may, Fineko/abc.az. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı və icarəyə verilməsi üzrə hərraclar 3 iyun 2026-cı il saat 15:00-da təşkil olunacaq.
Müsabiqə və hərraclar üçün ərizələrin qəbulu 4 may – 1 iyun 2026-cı il tarixlərini əhatə edir.
ABC.AZ xəbər verir ki, hərraclara müxtəlif təyinatlı torpaq sahələri çıxarılıb.
Hərraclar Salyan, Sabirabad, Hacıqabul, Ağdaş, Astara, Kürdəmir, Ucar, Ağstafa və Qax rayonlarını əhatə edir.
Qeyd edilib ki, bələdiyyə torpaqları ilə bağlı əlavə məlumatı birbaşa yerli bələdiyyələrdən almaq mümkündür.
10 İyun 2026
10 İyun 2026