10:19 - 22.07.2026
22 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə ümumilikdə 419 min manat vəsait daxil olub.
ABC.AZ xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.
Bundan başqa, yanvar-iyun aylarında Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının icarəyə verilməsinə dair 110 yeni müqavilə bağlayıb. Bunlardan 79-u qeyri-yaşayış, 31-i isə torpaq sahələrinə aid olub. Həmçinin 134 icarə müqaviləsinin müddəti uzadılıb.